Konfutsi İnstitutu “Maraqlı Çin dili və əlvan bahar” mövzusunda tədbir keçirib

12/04/2018

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin kalliqrafiyası və rəssamlığına həsr edilmiş “Maraqlı Çin dili və əlvan bahar” mövzusunda hazırladığı “Çin kağız kəsmə sənəti”, “Çin kalliqrafiyası” və “Pekin operasında qrimləmə” adlı üç hissədən ibarət tədbir keçirilib.

İnstitutun Çin tərəfdən direktoru Luo Syaoçjı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, baharın gəlişi ilə təbiət oyanır. Bu, ilin ən parlaq və əlvan mövsümüdür. Tədbirin məqsədi haqqında məlumat verən xanım LuoSyaoçjı hər kəs baharı Çin dili və qədim Çin incəsənəti vasitəsilə qarşılamağa dəvət edib.

Sonra tədbir iştirakçıları üç sərgi stendinə baş çəkib, ustad dərsləri zamanı yiyələndikləri təcrübəni nümayiş etdiriblər.

Konfutsi İnstitutunda, həmçinin “Çin mənim gözlərimlə” mövzusunda rəsm müsabiqəsi keçirilib. İnstitutun tələbələrinin əl işləri qonaqların böyük marağına səbəb olub.

AZƏRTAC

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026