Tarix fakültəsində Konstitusiya Gününə həsr olunmuş onlayn tədbir keçirilib

11/11/2020

Noyabrın 11-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Onlayn tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Bəxtiyar Nəbiyev konfrans iştirakçılarını salamlayaraq 10 noyabr - Qələbə Günü münasibətilə iştirakçıları təbrik edərək, 25-ci ildönümü qeyd olunan Konstitusiya gününün əhəmiyyətindən və onun qəbul olunmasının xalqımızın həyatındakı rolundan bəhs edib.

Azərbaycan Respublikasının müstəqillik və dövlətçilik tarixində yeni səhifə açan konstitusiyamızın böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olduğunu, müstəqil dövlətçiliyimizin əsas prinsiplərini, xalqımızın istək və arzularını əks etdirdiyini qeyd edən fakültənin dekanı vəzifəsini icra edən, professor İbrahim Zeynalov məruzə ilə çıxış edərək ərazi bütövlüyünün bərpası ilə əsas Qanunun təməl müddəalarının ölkəmnin bütün ərazisində bərqərar olmasının əhəmiyyətindən danışıb.

Konstitusiyanın əsas qanun kimi mahiyyəti və hüquqi xüsusiyyətləri barəsində çıxış edən Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov Ali Qanunverici sənədin müddəaları barəsində konfrans iştirakçılarına  geniş məlumat verib.

Daha sonra çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsinin dövlətimizin gələcək inkişafında və tərəqqisindəki rolundan danışıb.

Sonda fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Babazadə və tələbələr mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

 

Xəbərlər

BDU ilə Türkiyənin İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Türkiyənin İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb
29/12/2025

BDU-nun Astrofizika kafedrası: “Yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq”
29/12/2025

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb
29/12/2025