“Koordinasion birləşmələr kimyası” mövzusunda VI Respublika elmi konfransı

16/12/2015

Bu gün Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının 80 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” adlı VI Respublika elmi konfransının plenar iclası keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov kimya fakültəsinin tarixi və fəaliyyətindən, fakültənin kimya elminin inkişafındakı rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər diqqətəlayiqdir. Akademik Abel Məhərrəmov onu da bildirib ki, hazırda ölkəmizdə kimya elmi çox dinamik və sürətlə inkişaf edir və bugünkü konfrans həmin sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Universitetin tarixini əks etdirən filmin nümayişindən sonra Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun məruzəsi dinlənilib. Alim kafedranın əldə etdiyi elmi nailiyyətlərdən, araşdırmalardan, elmi əlaqələrindən bəhs edib. Akademik Adil Qəribov, AMEA-nın müxbir üzvləri - Mustafa Salahov və Məhəmməd Babanlı, Analitik kimya kafedrasının professorları - Nailə Verdizadə və Cəbrayıl Mirzəyev çıxış edib, xatirələrini bölüşüblər. Kimya elminin inkişafında universitetin xidmətlərini qeyd edən natiqlər son dövrlər fakültənin elmi-texniki bazasının möhkəmləndirilməsindən, laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsindən, gənc alim və mütəxəssislərin elmi tədqiqatlarının aparılması istiqamətində görülən işlərdən bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 16 dekabr 2015-ci il.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026