Koreya Politexnik Universiteti

08/05/2009

Mayın 7-də Koreya Politexnik Universitetinin, başda rektor Çoy Cun Yeong olan nümayəndə heyəti Bakı Dövlət Universitetini ziyarət etdilər. Koreyanın tanınmış C-Ent Co, LTD şirkətinin prezidenti Çunq Jun Heyu, Jym COMM Solutions şirkətinin prezidenti Yuen Young HO, Ceragem LBTECH şirkətinin prezidenti Şin Seunq Hyun, Y&HENC Co.LTD şirkətinin prezidenti Hong Cou Hyunq da nümayəndə heyətinə daxil edilmişdir.
Ziyarətin əsas məqsədi BDU ilə Anlaşma Memorandumun imzalanması, eyni zamanda, Azərbaycanda Mütərəqqi Texnologiya İnstitutunun yaradılması məsələsinin müzakirəsi idi.
Bakı Dövlət Universiteti ilə Koreya Politexnik Universiteti arasında imzalanacaq Anlaşma Memorandumu gələcəkdə tərəflər arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlığı nəzərdə tutur. Tərəflər arasında əməkdaşlıq aşağıda qeyd olunan sahələri əhatə edir:

  • Tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi,
  • Müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım,
  • Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi,
  • İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili,
  • Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı,
  • Hər iki universitetin marağına uyğun olan məlumat və nəşrlərin mübadiləsi.


Memorandumu BDU tərəfindən rektor, akademik Abel Məhərrəmov, Koreya Politexnik Universiteti tərəfindən isə rektor Çoy Cun Yeong imzaladılar.
Qeyd etdiyimiz kimi, görüşdə dünyada artıq böyük populyarlıq qazanmış texnoparkın Azərbaycanda yaradılması məsələsi də müzakirə ediləcək. Mütərəqqi Texnologiya İnstitutunun yaradılmasının əsas məqsədi təhsildə irəli getmək və Koreya ilə Azərbaycan arasındakı mütərəqqi texnologiya əməkdaşlığını tədqiq etməkdir.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026