Koreyalı diplomat BDU tələbələrinə mühazirə deyib

23/04/2025

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri, diplomatik missiyanın rəhbərinin müavini Kim Changsoo Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Koreya-Azərbaycan əlaqələri – müasir vəziyyəti və perspektivləri” mövzusunda mühazirə deyib.

Kim Changsoo tələbələri Azərbaycan-Koreya əlaqələrinin mövcud durumu ilə tanış edib. O bildirib ki, iki ölkə arasında uğurlu siyasi, iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük və mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Koreya Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiya yatıran ən böyük ölkələrdən biridir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olub. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanıb.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli çıxışlarında Azərbaycan-Koreya əlaqələrinin elm-təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirib, belə mühazirələrin tələbələrin dost Koreya ilə bağlı daha artıq məlumatlandırılmasında mühüm vasitə olduğunu vurğulayıblar.

Sonda ən maraqlı suallar verən tələbələrə səfirlik tərəfindən hədiyyələr təqdim edilib.

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026