KoreyanIn Baş nazirinin müavini cənab Kim Şinil BDU-nu ziyarət etmişdir...

25/01/2008

Koreyanın Baş nazirin müavini cənab Kim Şinil və onu müşayiət edən Koreya Təhsil və İnsan Ehtiyatlarının İnkişafı nazirliyinin idarə rəisi cənab Li Byong-Nyun, Baş katibi Han Sang Şin, Beynəlxalq təhsil üzrə sektorun direktor müavini xanım Na Hyun-Ju, Beynəlxalq təhsil üzrə sektorun əməkdaşı Kim Ki Min, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvank-Çul və səfirliyin I katibi Çoy Yanqbe BDU-da olmuşlar. BDU-nun rektoru akademik Abel Məhərrəmov görüş zamanı universitetin Koreya təhsil ocaqları ilə əlaqələrin inkişaf tempindən, bu yaxınlarda Koreyanın Sanlin və Pay Çay universitetləri ilə imzalanmış əməkdaşlıq müqaviləsi barədə qonaqlara məlumat verdi. Eyni zamanda şərqşünaslıq fakültəsində yeni açılmış Koreya dili ixtisası haqqında və bu yaxınlarda Koreya Linqafon Kabinəsinin açılmasının planlaşdırılması qonaqların diqqətinə çatdırıldı.

Öz növbəsində Koreyanın Baş nazirin müavini Kim Şinil Koreya dili ixtisasının BDU-da açılmasını yüksək qiymətləndirdi və bununla bağlı lazımi dəstək verəcəyini bildirdi. Sonra qonaqlar universitetlə tanış olmaq məqsədi ilə Elektron Təhsil Mərkəzində, Nano Araşdırmalar Mərkəzində, İmmunologiya laboratoriyasında, Rentgen və Xronatokütlə spektroskopiyası laboratoriyası, Nüvə Maqnit Rezonansı laboratoriyasında və İdman Kompleksində oldular. Koreyanın Baş nazirin müavini cənab Kim Şinil BDU da elm və təhsilin inkaşafı üçün bütün imkanların olduğunu bildirdi. Görüşdə həmçinin Azərbaycan Respublikası Təhsil nazirinin müavini Elmar Qasımov, BDU-nun tədris işləri üzrə prorektor, prof. Vüsət Əfəndiyev və BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, dos. Elxan Əzizov iştirak etmişlər.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026