“Kəpənəklərin təyin edilməsi və monitorinqi” mövzusunda təlimin IV hissəsi Xızıda keçirilib

27/06/2013

Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Kəpənəklərin təyin edilməsi və monitorinqi” mövzusunda təlimin IV hissəsi keçirilmişdir. Təlim çərçivəsində işçi qrupun Bakı Dövlət Universitetinin Xızı  rayonunda yerləşən Altıağac təlim tədris-mərkəzində  çöl təcrübəsi ezamiyyətləri baş tutmuşdur. Ekspedisiya zamanı   kəpənəklərin müşahidəsi aparılmış, nümunələr toplanmış, təyinedici ədəbiyyatlardan istifadə edilərək təyin edilmiş və müvafiq metodlarla kəpənəklərin monitorinqi aparılmışdır.

Həmin təlimdə Bioekologiya kafedrasının müəllim və əməkdaşları ilə yanaşı Biologiya fakültəsinin “Onurğasızlar zoologiyası” kafedrasının müəllim və əməkdaşları  da iştrak etmişlər.

Mətbuat və İnformasiya şöbəsi.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026