Kuba inqilabı öndərinin oğlu Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub

31/05/2011

Kuba inqilabının öndəri Fidel Kastro Ruzun oğlu, Kuba Respublikası Dövlət Şurasının elmə işlər üzrə məsləhətçisi fizika-riyaziyyat elmləri doktoru  Fidel Kastro Dias-BalartBakı Dövlət Universitetində olub, rektor, akademik Abel Məhərrəmovla görüşüb. O, qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.

Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Kubadan gələn heyət BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedraların, elmi-tədqiqat laboratoriyalarında olub, xoş təəssüratla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 31 may 2011-ci il.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026