“KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi” monoqrafiyası işıq üzü görüb

27/05/2014

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının baş müəllimi, dosent İlham Abbas oğlu Mazanlının “KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi xarakterizə edilir, bu sahədə KİV-in fəaliyyətinin metodoloji prinsiplərinin bəzi aspektləri, millətlərarası münasibətlərin kəskinləşməsi şəraitidə (Dağlıq Qarabağ hadisələri dövründə) mərkəzi və milli mətbuatın fəaliyyəti, KİV-in səmərəliliyinin yaradıcılıq amilləri nəzərdən keçirilir. Monoqrafiyada həmçinin müasir dövrdə milli inkişaf siyasətinin formalaşması və həyata keçirilməsi sahəsində jurnalistikanın qarşısında duran vəzifələrinin müəyyən edilməsinə cəhdlər göstərilir.

Monoqrafiya gələcəkdə dövrün media xüsusiyyətlərinin müəyyən olunması kimi iri proyektlər üçün elmi faktoqrafiya baxımından faydalı olacaqdır. Monoqrafiya jurnalistika, Pablik Rileyşnz, Politologiya fakültə və şöbələrinin tələbə və müəllimlərinə, ideoloji kadr korpusuna və geniş oxucu kütləsinə ünvanlanmışdır.

Monoqrafiyanın Elmi redaktoru filologiya elmləri doktoru, BDU jurnalistika fakültəsinin dekanı, mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyevdir.

 

Mətbuat və İnformasiya şöbəsi, 27 may 2014-cü il.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026