Küveyt nümayəndə heyəti BDU-da

14/04/2010

Aprelin 13-də Küveyt Dövləti Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Küveyt-Azərbaycan münasibətlərindən, idman sahəsində qurulmuş əlaqələrdən danışıb və bunun təhsil sahəsinə də keçid almasına ümid etdiyini bildirib.

Küveyt universitetləri ilə ikitərəfli tələbə və kadr mübadiləsinin aparılması üçün geniş perspektivlərin olduğunu söyləyən rektor BDU-nun tarixi və bu günündən, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından danışıb. Eyni zamanda 18 min tələbəsi olan universitetin 1500 nəfərinin xarici tələbə olmasından söz açıb.

Akademik Vasim Məmmədəliyev isə universitet haqqında qonaqlara ətraflı məlumat verib, Şərqşünaslıq və İlahiyyat fakültələrinin tədris prosesindən danışıb. Küveyt Dövləti Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzaf da Azərbaycan-Küveyt münasibətlərindən məmnunluğunu ifadə edib və ölkəsinin rəmzi olan hədiyyəni rektora təqdim edib. Akademik Abel Məhərrəmov isə universitetin 90 illik yubileyi münasibətilə işıq üzü görmüş bukleti qonağa təqdim edib. Daha sonra qonaqlar universitetin idman həyatı ilə yaxından tanış olublar. Müasir üslubda və dizaynda tikilib tələbələrin istifadəsinə verilən üzgücülük hovuzu, tennis zalı, futbol meydançası, o cümlədən velosiped muzeyi qonaqlarda yüksək təəssürat yaradıb. Universitetin Heydər Əliyev muzeyi ilə tanışlıq da böyük maraq doğurub.

Görüş universitetin Şərqşünaslıq və İlahiyyat fakültələrinin tələbələrinin də iştirak etdiyi dəyirmi masa arxasında öz işini davam etdirib. Tədbiri açan akademik Abel Məhərrəmov deyib: «Bu gün universitetin tarixi üçün yaddaqalan günlərdən biridir. Qardaş Küveyt dövlətindən ölkəmizə böyük tərkibdə nümayəndə heyəti gəlibdir. Mən onların hər birini salamlayıram. Bu gün Azərbaycan dövləti çox sürətlə inkişaf edir – həm Avropa, həm Şərq, eyni zamanda müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir. Bu baxımdan qardaş Küveyt dövlətindən ölkəmizə gələn nümayəndə heyətinə böyük önəm verir, bu səfəri əlaqələrimizin inkişafı baxımından uğurlu hesab edirəm». Akademik Abel Məhərrəmov universitetdə, həmçinin ərəb dili və ədəbiyyatı ixtisası üzrə 60 ildən çoxdur ki, kadr hazırlığı aparıldığını, həmin məktəbin başında duran akademik Vasim Məmmədəliyevin xidmətlərini önə çəkib. Bildirib ki, bu gün ərəb ölkələrində səfir, diplomat kimi çalışanların əksəriyyəti BDU-nun məzunudur. Rektor bu gün prezidentlər, dövlətlər arasında olan münasibətlərin tələbə müstəvisinə də keçəcəyinə ümid etdiyin vurğulayıb.

Görüşün ən yaddaqalan hissəsi isə tələbələrin nümayəndə heyətinə öz dillərində sual ünvanlaması olub. Bunun qonaqlarda yüksək təəssürat doğurduğunu nazir Feysəl Musaid Əl-Qəzzaf çıxışında səsləndirib. Səfir Hassan Yusif Əl-Zəvavi də görüşün əhəmiyyətindən bəhs edib.

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024