Küveyt Universitetində təqaüdlə təhsil alacaq 7 azərbaycanlı gəncdən 4-ü BDU məzunudur
05/09/2024
2024/2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təhsil alacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər.
Onlardan Simuzər Məmmədzadə, Şəfəq Ağalarlı, Aysun Abdullayeva və Zeynəb Atamalıyeva Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin məzunlarıdır.
Qeyd edək ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanır.
Məzunlarımızı təbrik edir, uğurlar arzulayırıq!

Xəbərlər
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
BDU rektoru abituriyentlərlə görüşüb
BDU rektoru abituriyentlərlə görüşüb
