“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” kitabının təqdimatı olub

20/12/2018

BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi, AMEA-nın elmlər doktoru proqramı üzrə dissertantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin "İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın Fəlsəfə İnstitutunda keçirilən təqdimatda çıxış edən kitabın elmi redaktoru, fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə kitab haqqında müsbət fikirlərini bildirərək bunu gənc doktorantın uğuru kimi dəyərləndirib. İlham Məmmədzadə kitabın bir çox elmlər doktoru tərəfindən də müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.
Günel Məlikli bildirib ki, monoqrafiya üslubunda yazılmış kitabda Prezident İlham Əliyevin strategiyasında milli prioritetlər araşdırılır. Burada milli prioritetlərdə tarix və müasirlik məsələsi, Azərbaycanın xarici siyasət doktrinası və xarici siyasət strategiyası milli dövlət maraqlarının formalaşdırılması baxımından nəzərdən keçirilir. XX əsrdə Azərbaycanın milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və XX-XXI əsrlərdə milli mədəniyyətin formalaşmasında siyasi münasibətlərin rolu təhlil olunur, müstəqilliyə doğru aparan yolda ümummilli lider Heydər Əliyev fenomeni və milli prioritetlərin təyin edilməsində cənab Prezident İlham Əliyevin rolu araşdırılır.
Bundan başqa, kitabda Azərbaycanın gələcəyini formalaşdıran müasir siyasi strategiya nəzərdən keçirilir. 3 fəsildən ibarət olan monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyada seçilən konseptual yanaşma ümumelmi metodlar üzərində qurulub. Müəllif onu da diqqətə çatdırıb ki, monoqrafiyada elmi nəzəri ədəbiyyatın təhlili ilə yanaşı, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarına, nitqlərinə, imzaladıqları rəsmi sənədlərə müraciət edib.
Cəmiyyətdə ağılın hər şeydən üstün olduğunu vurğulayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli müəllifin elmi fəaliyyətini müsbət dəyərləndirib. Kitabın mahiyyətinin xarici və sosial siyasətin bəzi qolları ilə bağlı olduğunu deyən deputat bildirib ki, cəmiyyəti idarə etmək çətin, məsuliyyətli, eyni zamanda da şərəfli bir vəzifədir: "Heydər Əliyevin əsasını qoyduğu sabit təmələ əsaslanan Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən etibarən milli inkişaf strategiyası həyata keçirilir. Bu gün dünya "inkişafın Azərbaycan modeli” barədə aydın təsəvvürlərə malikdir və qlobal miqyasda elm mərkəzləri bu modeli dərindən tədqiq edir, onu başqa ölkələrə örnək göstərir. İlham Əliyevin siyasi strategiyası milli inkişaf konsepsiyasının tərkib hissəsidir, onun uğurlu davamıdır. Əminik ki, bu strategiyanın elmi şəkildə araşdırılması prosesi bundan sonra daha geniş miqyasda həyata keçiriləcək”.
Digər natiqlər də kitabın nəşrini yüksək qiymətləndiriblər.

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024