BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri narkomaniyanın zərərləri barədə məlumatlandırılıblar

23/12/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib.
Yasamal Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Pircanov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, yeniyetmə və gənclər arasında narkomaniya ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.
Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov yeniyetmələri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim Əliyev, Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Xanlar Ağayev çıxışlarında psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, bu maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar barədə şagirdlərə ətraflı məlumat veriblər.
Tədbirin sonunda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025