“Gənc istedadlar” liseyində “Yurdumuza yaz gəlir...” adlı ədəbi-bədii kompozisiya təşkil olunub

17/03/2023

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində Novruz bayramı ilə əlaqədar “Yurdumuza yaz gəlir...” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə çıxış edən liseyin direktoru Arif Bağırov Novruz bayramının xalqımızın ən gözəl bayramlarından biri olduğunu vurğulayıb. O, Novruzun təbiətə nur, torpağa hərarət, insanlara xoş ovqat bəxş etdiyini deyib.

Direktor bayram münasibətilə müəllim və şagirdləri təbrik edib.

Liseyin müəllimləri Reyhan Ramazanova, Yeganə Qəhrəmanlı, Günay Səmədova və başqaları xoş arzularını ifadə ediblər.

Sonra liseyin musiqi müəllimi Kəmalə Əliyeva tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya şagirdlərin iştirakı ilə təqdim olunub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026