Litva Respublikasının Səfiri BDU-nu ziyarət edib

21/02/2020

Litva Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Eqidius Navikas Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə Litva Respublikasının sabiq Təhsil naziri, hazırda Litva Parlamentinin Elm və Təhsil Komissiyasının üzvü Gintaras Steponacikus da iştirak edib.

Qonaqları salamlayan rektor Elçin Babayev 100 illiyi qeyd olunan Bakı Dövlət Universitetinin tarixi, beynəlxalq əlaqələri və yeni hədəfləri haqqında məlumat verib. Azərbaycan və Litva Respublikası arasında 25 ildir mövcud olan diplomatik münasibətlərdən bəhs edərək Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Eqidius Navikas görüşün təşkili üçün rektora minnətdarlığını ifadə edib, BDU ilə Litvanın ali təhsil müəssisələri arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

Litva Parlamentinin Elm və Təhsil Komissiyasının üzvü Gintaras Steponacikus Vilnus Universiteti, Kaunas Texnologiya Universiteti və digər ali təhsil ocaqları ilə ikili diplom, həmçinin təqaüd proqramları barədə məlumat verib. O, hazırda fəaliyyət göstərən Təkmilləşmə Mərkəzlərinin təhsilin inkişafına verdiyi töhfələrdən,  Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilən icrasına 2018-ci ilin aprelində başlanılmış “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək”  Tvinninq layihəsinin önəminə toxunub.

Sonda qonaqlar Litva Universitetləri ilə tanışlıq, eləcə də əməkdaşlığın qurulması məqsədilə Bakı Dövlət Universitetinin nümayəndə heyətini öz ölkələrinə dəvət edib.

Görüş iki ölkənin ali təhsil müəssisələri arasında elm-təhsil müstəvisində görüləcək işlərin müzakirəsi ilə başa çatıb.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026