Ləman Ələşrəfqızı tələbə-jurnalistlərə mühazirə oxudu

14/10/2015

ANS TV-nin Xəbərlər Xidmətinin əməkdaşı, «Əməkdar jurnalist» Ləman Ələşrəfqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qonağı olub.

Fakültənin 4-cü kurs tələbələrinə Beynəlxalq jurnalistika kafedrası tərəfindən tədris edilən «Sosial media» dərsində qonaq olan Ləman Ələşrəfqızı öncə  BDU-nun jurnalistika fakültəsinə gəlişindən danışıb. Orta məktəb illərində jurnalistikaya əlçatmaz peşə kimi baxdığını deyən Ləman xanım bu səbəbdən filologiya fakültəsinə sənəd vermək istəyib. Lakin müəllimi onu fikrində daşındırıb və uşaqılıq arzusunu gerçəkləşdirib. Dərsi dialoq şəklində quran tanınmış jurnalist, tələbəlik illərindən, əməkdaşlıq etdiyi mətbuat orqanlarındakı iş təcrübəsindən, parlamenti müxbiri kimi fəaliyyətindən, peşəkarlığa aparan yollardan, ənənəvi və müasir jurnalistikadan danışıb, tələbələri maraqlandıran suallara cavab verib.

Dərsin ikinci hisssində Səməd bəy Mehmandarovun 1918-ci il müstəqil Azərbaycanın ordu quruculuğundakı rolundan danışan telejurnalist gələcəyin jurnalistlərini həm də tariximizi öyrənməyə və onu indiki nəslə düzgün çatdırmağa çağırıb.

Dərs Ləman Ələşrəfqızının general Səməd bəy Mehmandarov haqqında çəkdiyi sənədli filmin nümayişi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2015-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026