Lənkəranda BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

28/10/2024

Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaş və tələbəsi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində Fizika fakültəsinin şəhid məzunu Səhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Lənkəran Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şöbənin mütəxəssisi Ələkbər Həsənov, Fizika fakültəsinin müəllimləri Şəhriyar Həbibi barədə xatirələrini bölüşüb, qürur mənbəyimiz olan şəhidlərimizin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şəhriyar Həbibi 2010-2014-cü illərdə Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində şücaət göstərib, 2020-ci il noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə həlak olub. Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026