Macarıstan nümayəndə heyəti BDU-da olub

15/10/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Macarıstanın Bakıdakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə ikinci katibi Mihaly Gruber, Eötvöş Lorand Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Dr.Benedek Péri, Mişkolç Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Krisztina Sandor, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Təhsil direktorluğunun beynəlxalq koordinatorları Kinga Püspök-Szabados və Galatina Olga, Pecs Universitetinin Erasmus proqramı üzrə kordinatoru Reka Somfai və Budapeşt Tibbi Baytarlıq Universitetinin Təhsil şöbəsinin müdiri dosent Gábor Mátis iştirak ediblər.

Qonaqları BDU-da görməkdən məmnun olduğunu bildirən BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, Macarıstan universitetləri ilə BDU arasında  təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edib.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov ölkədə son illər ərzində ali təhsil müəssisəsində görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb.

Macarıstanın Bakıdakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə ikinci katibi Mihaly Gruber göstərilən qonaqpərvərliyə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirərək Qərbi Avropa universitetləri ilə əməkdaşlıq məsələlərindən bəhs edib. O, BDU ilə Macarıstan universitetləri arasında əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri, ikili diplom layihələri, birgə elmi məqalələrin hazırlanması və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024