Macarıstanlı qonaqlarla əməkdaşlıq məsələləri müzakirə olunub
20/04/2015
Macarıstanın Miskolc, Seqed, Esterhazy Karoy adına Tətbiqi Elmlər universitetlərinin və Dunayvaroş Kollecinin nümayəndələri ölkəmizə səfərləri çərçivəsində Bakı Dövlət Universitetində olublar.
Nümayəndə heyəti universitetin Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova və Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova ilə görüşüblər. Qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verilib, universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.
Mətbuat və informasiya şöbəsi, 20 aprel 2015-ci il.
Xəbərlər
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
