Macarıstanın Azərbaycandakı səfiri və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru BDU-da

14/04/2026

Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqları salamlayan rektor Elçin Babayev Azərbaycanın Macarıstanla dostluq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. O, BDU-nun Macarıstanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda, memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasınında maraqlı olduğunu qeyd edib. Rektor Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti ilə iqtisadiyyat, mühəndislik, riyaziyyat, süni intellekt, kibertəhlükəsizlik kimi sahələr üzrə geniş əməkdaşlıq və birgə tədqiqat aparmaq imkanlarının olduğunu diqqətə çatdırıb.

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charaf da BDU ilə akademik əməkdaşlığın qurulmasının önəmini vurğulayıb, bunun hər iki universitet üçün geniş perspektivlər aça biləcəyini qeyd edib.

Görüşdə BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, ortaq konfransların təşkili və bir sıra ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub. Sonda BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026