Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə!

03/07/2023

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6 ‑ 13 iyul 2023-cü il tarixlərində aparılacaq. İxtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat 3-6 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat linki göstərilən tarixlərdə aktiv ediləcək.

Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcəkdir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru
19/06/2026

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub
19/06/2026