Malayziya ilə ali təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

19/11/2021

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Malayziyanın “Universiti Teknologi MARA” (UiTM) ali təhsil müəssisəsi ilə Azərbaycanın ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə ilk onlayn tanışlıq görüşü keçirilib.

Onlayn görüşdə Azərbaycan tərəfindən ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq,  Elm, ali və orta ixtisas təhsili şöbələrinin müdirləri, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov  və Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Malayziya tərəfindən isə UiTM-in vitse-kansleri Hajah Roziah Mohd Janor, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hajah Zainab Haji Mohd Noor, dekanlar və digər əməkdaşlar iştirak ediblər.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxışında BDU-nun tarixindən, ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin inkişaf etdiyindən və bir çox tanınmış dünya universitetləri ilə əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb. Görüş çərçivəsində universitetin elmi-tədqiqat mərkəzləri, laboratoriyaları haqqında məlumat verib, BDU-da xarici tələbələr üçün yaradılan şəraitdən bəhs edib.

Görüşdə hər iki tərəf təqdimatla çıxış edib, tibb, bərpa olunan enerji, hüquq, texnologiya və digər ixtisaslar üzrə mümkün əməkdaşlıq imkanlarını, o cümlədən ikili diplom proqramlarının təsis edilməsini, tələbə-müəllim heyətinin mübadiləsini və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026