Mardoviya Dövlət Universitetinin nümayəndə heyəti BDU-da

24/06/2014

Bu gün Ali peşə təhsili üzrə federal dövlət təhsil müəssisəsi N.P.Oqaryov adına Mardoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin, həmin universitetin Rus dili kafedrasının professoru Akimova Elvira Nikolayevna və Biotexnologiya kafedrasının professoru Kadimaliyev Davud Aliyeviç Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitet və onun beynəlxalq əlaqələrindən, üzvü olduğu qurumlardakı fəaliyyətindən danışıb. Sonda birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Rus mərkəzi, poliklinika, tədris Elektron mərkəzi,elmi laboratoriyalara baxış keçiriblər.

Mətbuat və İnformasiya şöbəsi, 24 iyun 2014-cu il.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026