"Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusunda seminar

10/04/2018

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı və Elm və Təhsil Departamentinin təşkilatçılığı ilə "Müasir  Azərbaycanın inkişafında gənclərin rolu" mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Departamentinin sədri Arzu Hadizadə qonaqları salamlayaraq, seminar barədə məlumat verib.

ADU-nun Jurnalistika və Filologiya fakültəsinin dekanı Vüsalə Ağabəyli, BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev və İctimai Televiziyanın "Açıq dərs" verilişinin aparıcısı Orxan Cabbarlının iştirakı ilə keçirilən tədbirdə qonaqlar Azərbaycan gənclərinin inkişaf səviyyəsindən, gənclərin cəmiyyətdə tutduğu mövqedən, onların baş verən ictimai hadisələrə operativ reaksiya verə bilmə imkanlarıdan bəhs ediblər. Dekan, dosent Vüqar Əliyev, eyni zamanda, gəncləri sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa səsləyib.

Seminar qonaqlarla tələbələr arasında qarşılıqlı diskussiya şəraitində davam edib.

 

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2018-ci il.


Xəbərlər

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2026

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026