“Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib

05/03/2015

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan dekan müavini dosent Cavanşir Muradov konfransın Təhsil Nazirliyinin göstərişi ilə hazırlandığını və keçirildiyini bildirib. Konfransda qaldırılan məsələlərin əhatə dairəsi və qarşıya qoyulan vəzifə və məqsədlər haqqında münasibətdən bəhs açan Cavanşir Muradov konfransda oxunacaq məruzələr haqqında məlumat verib. İlk çıxış üçün söz Müasir Azərbaycan ədəbiyyat kafedrasının müdiri, professor Tofiq Hüseynoğluya verilib. Professor “Müasir gənclik və milli-mənəvi tərbiyənin aktual problemləri” mövzusunda geniş məruzə edib. Məruzəçi mövzu ilə əlaqədar elmi-nəzəri və ədbi-bədii materiallardan istifadə ilə maraqlı və orijinal fikirlər söyləyib. Daha sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Bəkir Çobanzadə adına Türkoloji araşdırmalar ETL-nin əməkdaşı Pərvin Eyvazov, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşı Xəyalə Əfəndiyeva çıxış edərək müasir gəncliyin milli köklərə bağlı, əxlaqi dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağın vacibliyindən söhbət açıblar. Konfrans tələbələrin sualları ətrafında qurulan maraqlı müzakirə ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 05 mart 2015-cü il.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026