"Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera" mövzusunda təlim keçirilib

31/01/2022

Bakı Dövlət Universiteti və ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə "Dinamik Gənclik Həftəsi 2" layihəsi çərçivəsində "Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera" mövzusunda təlim keçirilib.

Təlimdə "Business Consultancy"nın peşəkar idarəçisi Fəxri Ağayev müasir iqtisadi reallıqlarda Azərbaycan iş dünyasında uğurlu karyera qurmaq haqda məlumat verib. Təlimçi peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğundan danışılıb. Qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərilərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bünövrəsini tələbəlik dövründə qoymalıdırlar. Könüllülük fəaliyyətinə diqqət çəkən F.Ağayev bunun peşəkar karyera quruculuğunda xüsusi əhəmiyyətinin olacağına əminliyini ifadə edib.

Sonda könüllülərin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026