“Müasir mediada reklam və marketinq” kitabının təqdimatı keçirilib

06/12/2018

Jurnalistika fakültəsində “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyasından sayca ikinci olan “Müasir mediada reklam və marketinq” kitabının təqdimatı keçirilib. Tədbirin moderatoru elmi işçi Samir Mirzəyev qonaqları salamlayaraq, “Müasir mediada reklam və marketinq” kitabı barədə qısa məlumat verib. Bildirib ki, topluda reklam və marketinq probleminə müxtəlif istiqamətlərdən diqqət yetirilir, Azərbaycan mətbuat tarixində reklam ənənələrindən başlayaraq müasir mediamızda sözügedən sahədə mövcud olan vəziyyət nəzərdən keçirilir.

Sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı, nəşrlər seriyasının rəhbəri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyasının yaranma təşəbbüsündən, yeni medianın reklam və marketinq strategiyasının auditoriyaya ciddi təsir edən başlıca amillərdən biri olduğuna diqqət çəkərək vurğulayıb ki, kitabda faktoloji materiallar əsasında internet mediada müasir reklamçılığın başlıca meyarları və formalaşması prinsipləri təhlil edilir.

Tədbirdə iştirak edən kitabın elmi redaktoru, professor Nəsir Əhmədli, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu İnformasiya Təminatı sektorunun rəhbəri, dosent Xatirə Hüseynova,  Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli, Tarix fakültəsinin dosenti Səidə Quliyeva, AMEA-nın dosenti Aynurə Paşayeva, dosentlər Ayaz Musayev, Zaur babayev, Məmmədismayıl Mehdiyev çıxışlarında kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndiriblər və bu kimi tədbirləri təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədli olan toplunun redaksiya heyətinə professorlar Cahangir Məmmədli, Şamil Vəliyev, Həmid Vəliyev və Allahverdi Məmmədli daxildir.

Kitabda nəzəri problemlərin analizi fonunda müasir mediada reklam və marektinqin təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, eyni zamanda müqayisə üçün Türkiyə və Rusiya media sektorunda reklam və marketinqin vəziyyəti ilə bağlı ayrıca geniş şərhlər təqdim edilir. Əsər jurnalistika sahəsində araşdırma aparan tədqiqatçılar, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024