Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

13/02/2026

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.

Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.

Qeyd edilib ki, müasir texnoloji çağırışlar fonunda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq ölkəmizin müdafiə sənayesinin inkişafında mühüm rol oynayır.

Müzakirələr zamanı ali təhsil müəssisəsinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş məlumat verilib.

Tərəflər MSN ilə BDU arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və gənc tədqiqatçıların müdafiə sənayesi istiqamətində fəaliyyətə cəlb olunması, eləcə də tələbələrin istehsalat təcrübələrinin təşkili məsələlərini nəzərdən keçiriblər.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə MSN tərəfindən icrası davam edən universitet-sənaye-dövlət əməkdaşlığı layihələrinə BDU-nun da qoşulması, gələcək fəaliyyət istiqamətləri üzrə əlaqələrin davam etdirilməsi, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.

 

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
20/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026