Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin BDU tələbələri ilə görüşü

06/05/2022

Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə tələbələrin görüşü olub.

Görüş nazirliyin “Mədəni gənclik” layihəsi çərçivəsində keçirilib.

Görüşdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, ali təhsil müəssisələrinin vəzifəsi yüksəkixtisaslı kadrlar hazırlamaqla yanaşı, həm də tələbələrin dünyagörüşlərini genişləndirmələri, onların öz yaradıcılıqlarını inkişaf etdirmələri, ictimai fəallıqlarını artırmaları üçün şərait yaratmaqdır. Bu baxımdan BDU-da müntəzəm olaraq sosial layihələr həyata keçirilir, tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə böyük önəm verilir.

Prorektor bildirib ki, son zamanlar Mədəniyyət Nazirliyi bir sıra genişmiqyaslı sosial layihələr həyata keçirir. Gənclərin inkişafına yönəlmiş “Mədəni gənclik” layihəsi də bu qəbildəndir.

Görüşdə geniş təqdimat ilə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tələbəlik dövrünün insanın şəxsiyyət kimi yetişməsi üçün unikal dövr olduğunu qeyd edib. Bildirib ki, şəxsiyyətin yetişməsi və kamilləşməsi üçün ən böyük addımlar məhz bu dövrdə atılır.

Nazir müavini Azərbaycan mədəniyyəti və ədəbiyyat nümunələrinin qorunub saxlanılması və mədəniyyətimizin beynəlxalq mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığına diqqət çəkib.

Nazirin birinci müavini gəncləri rəqabətədavamlı kadr kimi formalaşmağa, fərqli düşüncə qabiliyyətini inkişaf etdirməyə,  elmlə yanaşı, milli mədəniyyətimizi də dərindən öyrənməyə çağırıb.

Daha sonra Mədəniyyət Nazirliyi və BDU-nun birgə həyata keçirəcəyi proqram haqqında məlumat verilib.  Proqram çərçivəsində tələbələrdən ibarət 300 nəfərlik bir qrup seçiləcək və həmin tələbələr iki ay ərzində həftədə iki dəfə olmaqla nazirliyin xətti ilə keçirilən bir tamaşa və bir konsert proqramına biletlər əldə edəcəklər. Biletlərin ödənişini Universitet və Nazirlik həyata keçirəcək. Tələbələrə tamaşa və konsertlər haqqında təqdimat ediləcək, yaradıcı heyət haqqında ətraflı məlumat veriləcək. Tamaşa və konsertlərin nümayişindən sonra müzakirələr təşkil olunacaq. Proqramın məqsədi tələbələrin teatr və konsertlərə marağının artırılmasıdır.

Daha sonra nazirliyin nümayəndələri könüllü olaraq proqrama qoşulacaq tələbələrlə görüşüb, onların müvafiq suallarını cavablandırıblar.

Sonda proqramda iştirak edənlərin qeydiyyatı aparılıb.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024