MDU-da Azərbaycan dili kabineti açılacaq

17/04/2010

Rektor, akademik Abel Məhərrəmov  rusiyalı tarixçi-türkoloq, Osmanlı tarixi üzrə mütəxəssis, Moskva Dövlət Universitetinin nəzdində Asiya və Afrika ölkələri İnstitutunun direktoru, Yaxın və Orta Şərq tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Mixail Serafimoviç Meyeri qəbul edib. 1960-cı ildə MDU-nun nəzdində Şərq dilləri İnstitutunu bitirdiyini, 1965-ci ildə elmlər namizədi, 1990-cı ildə tarix elmləri doktoru olduğunu bildirən qonaq rəhbərlik etdiyi İnstitut haqqında ətraflı məlumat verib. Məlum olub ki, İnstitutda 40-dan çox Asiya və Afrika ölkələri dili, o cümlədən son beş ildir ki, Azərbaycan dili tədris olunur. Eyni zamanda Azərbaycan dili kabinetinin açılması üçün hazırlıq işləri gedir və artıq bu iş üçün müvafiq auditoriya ayırılıb. M.Serafimoviç İnstitutda «MDB ölkələri üçün Azərbaycan dərsliyi»nin hazırlandığını, tarix, mədəniyyətşünaslıq və müasir Azərbaycan ədəbiyyatı sahəsində kitabxana fondunun yaradıldığını da vurğulayıb. Səfərin məqsədinə gəlincə, qonaq bildirib ki, rəhbərlik etdiyi İnstitutda Azərbaycan dilində təcrübəni formalaşdırmaq üçün bu sahəni yaxşı bilən mütəxəssislərə ehtiyac var və bunun üçün BDU-nun potensialından yararlanmaq istəyir. Rektor, akademik Abel Məhərrəmov isə MDU-nun dövlətimizə, dilimizə olan münasibətini yüksək qiymətləndirib. Ümumilikdə irəli sürülən təklifləri, ideyanı bəyəndiyini vurğulayan akademik universitetlərarası əməkdaşlıqdan söz açıb və bu görüşün həmin münasibətlərə növbəti töhfə olacağını bildirib. Sonda universitetlərarası ikili diplomların verilməsi haqqında razılığa gəlinib.

Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynov və Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak edib.

Mətbuat xidməti

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025