MDU-nun rektoru BDU-da olub

09/07/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Antonoviç Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar.

Akademik Sadovniçi «BDU-nun fəxri qonağı» adına layiq görülüb və o BDU-ya xeyli sayda kitab hədiyyə edilib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 09 iyul 2012-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026