MEDİA BDU-da jurnalistlər üçün təlimlər keçir

06/10/2021

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzuları üzrə təşkil olunan təlimlər davam edir. Təlimlərdə peşəkar jurnalistlərlə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri də iştirak edirlər.

2021-ci il 5-6 oktyabr tarixlərində BDU-da keçirilən təlimlərdə iştirakçılara həyat və sağlamlıq üçün təhlükəli xəsarət növləri, hərbi münaqişə zamanı şəxslərə dəyən xəsarət riskinin qiymətləndirilməsi və tibbi müdaxilənin edilməsi barədə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin təhlükəli hadisələrlə bağlı maarifləndirilməsi, onların  tibbi və psixoloji hazırlıq səviyyəsinin artırılması məqsədi ilə təlimin təcrübi hissəsində mina partlayışı nəticəsində xəsarət almış şəxsə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı praktik vərdişlər nümayiş etdirilib.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026