MEDİA-nın İcraçı direktoru BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri ilə görüşüb

15/04/2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüşü keçirilib.

Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov “Media haqqında” qanunun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Ustad dərsində medianın problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.

İnteraktiv formada keçirilən ustad dərsində tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026