Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib

03/05/2024

Mediasiya Şurasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Mübahisələrimizin həlli mediasiyada” mövzusunda təlim keçirib.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Dövlət Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

20 saylı mediasiya təşkilatının mediatorları Vüsalə Dadaşova, Nicat İsmayılov və Venera Əsgərova tərəfindən keçirilən təlimdə mediasiya xidmətinin mahiyyəti barədə tələbələrə ətraflı məlumat verilib. Qeyd olunub ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanır, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırırlar. Nəticədə əksər hallarda mübahisəli problemlər öz müsbət həllini tapır və məhkəməyə ehtiyac qalmır. Mediasiya konfidensial səciyyəlidir və tərəflərin məlumatları tam məxfi qorunur. Məhkəmədən fərqli olaraq, mediasiya prosesi daha qısamüddətli olur və tərəflərin vaxtlarına qənaət edilir.

Təlimin sonunda mediatorlar iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026