Mediasiya Şurasında təcrübə keçən BDU tələbələrinə sertifikatlar verilib

02/06/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq, Sosial münasibətlər və psixologiya fakültəsinin Sosial iş ixtisasları üzrə təhsil alan tələbələrinin Mediasiya Şurasında tədris- istehsalat təcrübələri başa çatıb.

Tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.

Qeyd olunub ki, SABAH qruplarının Hüquqşünaslıq, Sosial münasibətlər və psixologiya fakültəsinin Sosial iş ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Mediasiya Şurasında tədris-istehsalat təcrübəsi zamanı lazımi praktiki biliklərə yiyələniblər. Tədris-istehsalat təcrübəsi Mediasiya Şurası ilə BDU arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilib. Mediasiya Şurası hər il tələbələrin təcrübə proqramlarında iştirakını təmin edəcək.

Sonda təcrübə proqramını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026