Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

17/08/2022

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 9 kafedra və 6 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavr pilləsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Fakültədə Riyazi analiz, Cəbr və həndəsə, Diferensial və inteqral tənliklər, Funksiyalar nəzəriyyəsi və funksional analiz, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Hesablama riyaziyyatı, Riyaziyyat və onun tədrisi metodikası, Nəzəri mexanika və bütöv mühit mexanikası, Ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır.

Bakalavriat səviyyəsində 3 ixtisas üzrə - riyaziyyat, riyaziyyat müəllimliyi və mexanika ixtisasları üzrə mütəxəsis hazırlığı həyata keçirilir.

Riyaziyyat ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla riyaziyyat profilli elmi-tədqiqat institutlarında, ali məktəblərdə, bank sektorunda, sənaye və emal müəssisələrində, yüksək dəqiqlik tələb edən laboratoriyalarda, zavod və fabriklərdə proqramçı mütəxəssis və s. kimi işləyə bilərlər.

Riyaziyyat müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) Riyaziyyat fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

Mexanika ixtisasının məzunları universitetlərdə, elmi-tədqiqat institutları və labaratoriyalarda, texnoparklarda, müdafiə sənayesi müəssisələrində, fabrik və zavodlarda, emal və sənaye müəssisələrində, inşaat sektorunu və  telekomnikasiya sistemlərini əhatə edən müəssisələrdə, neft şirkətlərində və s. işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026