Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçirilib

16/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində keçirilən elmi seminarda fakültənin Riyazi analiz kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Vüqar Mehrabov “Bir ucunda elastik bərkidilmiş inersial yük olan Eyler-Bernulli çubuğunun əyilmə rəqslərinin məxsusi tezlik və harmonikərinin xassələri” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda bir ucu bərkidilmiş, digər ucunda isə c1 və c2 möhkəmliyi olan yaylarla  elastik bərkidilmiş inersial yük olan Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ müzakirə edilib. Baxılan məsələnin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyalarının altsistemlərinin bazislik xassələri və bu altsistemlər üzrə spektral ayrılışlarının müntəzəm yığılması haqqında  məlumat verilib.

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026