Mexanika-riyaziyyat fakültəsində Həmkarlar təşkilatının hesabat-seçki iclası keçirilib

16/02/2015

Mexanika-riyaziyyat fakültəsində Həmkarlar təşkilatının hesabat-seçki iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı professor Nizaməddin İsgəndərov hamını salamlayıb, qonaqları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəni və BDU HİK-in sədri Fikrət Şiriyevi təqdim edib. Sonra fakültə HT sədri dosent  Habil Fəttayev hesabat üçün dəvət olunub.  H.Fəttayev ötən müddət ərzində görülən işlər barədə ətraflı məlumat verib. Sonra çıxış ətrafında müzakirələr aparılıb , prof. Kazım Həsənov, prof. Əli Əhmədov, dos. Qönçə Abdullayeva vəbaşqaları çıxış edərək fakültə təşkilatının işindən razılıq bildirib, eyni zamanda RK sədr müavininə yay müddətində yollayışların sayının az olması, müəllimlərin əmək haqqının, pensiyalarının  kifayət qədər olmaması ilə bağlı suallar və təkliflər ünvanlayıblar.  M.Cəfərzadə suallara ətraflı cavab verib, bəzi obyektiv və subyektiv amilləri izah edib. Sonra BDU HİK-in sədri Fikrət Şiriyev çıxış edərək sualları cavablandırıb, yay məzuniyyətinin İdman oyunları ilə bağlı irəli çəkilməsi təklifini müzakirə edib, görüləcək işlər barədə məlumat verib. Çıxışlar zamanı fakültə HT işinə qənaətbəxş qiymət verilib, açıq səsvermə ilə yeni heyət formalaşdırılmış, dosent Habil Fəttayev yenidən fakültə HT sədri seçilib.

Mətbuat və informasiya şöbəsi, 16 fevral 2015-ci il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026