Mexanika-riyaziyyat fakültəsində tənliklər sisteminin həllində yeni üsullar müəyyən edilib

21/05/2021

Bakı Dövlət Universitetində (BDU) bütün ixtisaslaşmalar üzrə elmi seminarlar uğurla davam etdirilir. Professor-müəllim heyəti ilə yanaşı, tələbələrin elmi tədqiqata cəlb edilməsi məqsədilə Tələbə Elmi Cəmiyyətlərinin fəaliyyəti genişləndirilib, bütün fakültələrdə tədqiq olunan məsələlərin müxtəlif aspektləri ilə əlaqədar seminar, konfrans, ustad dərsləri  həyata keçirilir.

BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti ümumi virtual elmi seminar təşkil edilib. Seminar Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov diferensial tənliklər sahəsinin əhəmiyyətli dərəcədə təbiət və cəmiyyətin müxtəlif sahələrində, digər tətbiqi məsələlərdə mühüm olduğunu söyləyib.

Daha sonra Ali riyaziyyat kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sevda İsayeva çıxış edib. Çıxışda yarımxətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələ göstərilib. Məsələ üçün qlobal həllin varlığı və sonlu zaman müddətində həllin dağılması haqqında məlumat verilib.

Vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanov, Türkiyə Cümhuriyyətinin Koç Universitetinin Riyaziyyat bölümünün professoru Vərqa Kələntərov, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, professorlar Əkbər Əliyev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev və dosent Rəşid Əliyevin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır

BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır
08/07/2026