Məhəmməd Şərif: “BDU ilə ICESCO-nun əməkdaşlıq perspektivləri parlaqdır"

29/09/2022

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş katibinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş  “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransla bağlı təəssüratlarını bölüşüb.

O qeyd edib ki, konfransda kimya elminin müxtəlif aspektlərinə və aktual problemlərinin həllinə dair məruzələr dinlənilir: “Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə təcrübə mübadiləsi aparılacaq.  Hər şey möhtəşəmdir. Konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminəm”.

Məhəmməd Şərif vurğulayıb ki, BDU ilə ICESCO arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. BDU-da elmi texnologiya əsaslı ICESCO-nun Biotibbi materiallar kafedrası fəaliyyət göstərir. Həmçinin, ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” adlı beynəlxalq seminarı da BDU-da keçirilib. BDU ilə ICESCO-nun gələcək əməkdaşlıq perspektivləri də parlaqdır.

 

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026