Məşhur “Times Higher Education” (THE) jurnalının regional direktoru BDU-da seminar keçdi

16/10/2021

Böyük Britaniyanın məşhur “Times Higher Education” (THE) jurnalının regional direktoru Lachyn İtalmazova Bakı Dövlət Universitetində (BDU) seminar keçib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda BDU ilə yanaşı, ölkəmizin 15 ali təhsil müəssisəsinin nümayəndələri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, BDU-nun rektoru Elçin Babayev, elm və inovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov və struktur bölmələrin rəhbərləri iştirak edib.

Lachyn İtalmazova çıxışında dünyanın ən nüfuzlu reytinqlərindən olan THE reytinqində ali məktəblərin tanınması və onların reytinqinin davamlı inkişafı barədə məlumat verib, bu istiqamətdə öz tövsiyələrini verib. Sonra iştirakçıların suallarını cavablandırıb.

BDU-nun rektoru Elçin Babayev seminarda çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, maraqlı çıxışına görə Lachyn İtalmazovaya təşəkkür edib.

Xatırladırıq ki, “THE” jurnalının fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisəsələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. Jurnalın tərtib etdiyi siyahı dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunur. 2022-ci il üçün tərtib olunan reytinqdə Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BDU siyahıda yer alıb. BDU dünyanın siyahıya düşən universitetləri arasında reytinq sıralamasında 1201+, beynəlxalq reputasiyasına görə isə 864+ yerdə qərarlaşıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025