Milli Observatoriya ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

07/05/2026

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli  və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında görüş keçirilib.

Görüş ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə imzalanmış memorandumun tədbirlər planı çərçivəsində baş tutub.

Müzakirələrdə indiyədək görülmüş işlər – əmək bazarının tələblərinə uyğun kadr hazırlığının istiqamətləndirilməsi, tələbələrin praktik bacarıqlarının inkişafına dəstək verilməsi və birgə layihələrin başlanması nəzərdən keçirilib.

Bununla yanaşı, gələcək mərhələdə ali məktəb məzunlarının məşğulluq göstəricilərinin daha geniş təhlili, tələbələrin analitik tədqiqat imkanlarına çıxışının artırılması, məlumat bazalarından istifadənin genişləndirilməsi, praktik təcrübə proqramlarının, seminarların və müxtəlif peşəkar inkişaf təlimlərinin təşkili planlaşdırılıb.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026