Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının BDU-dakı dördgünlük tibbi aksiyası başa çatıb

21/05/2024

Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən keçirilən dördgünlük tibbi aksiya başa çatıb.

Aksiya müddətində Mərkəzin peşəkar həkimləri tərəfindən 500-dək tələbə və müəllim oftalmoloji müayinədən keçirilib.

Aksiyanın keçirilməsində məqsəd Universitetin tələbə və müəllim heyətinə tibbi xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən paytaxtda və ölkənin müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün səyyar aksiyalar keçirilir. Mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün vacibdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026