Milli Qurtuluş Günü şərəf tariximizdir

14/06/2017

Bakı Dövlət Universitetinin Qazax filialında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələr əvvəlcə filialda ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra filialın İdeoloji Mərkəzində keçirilən tədbir Milli Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb. BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dossent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını bildirib. Qeyd edib ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycanın Qurtuluş Günündən başlanan yüksəliş hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir.

Filialın baş müəllimi Hamlet İlyasov, baş müəllimi Balabəyim Qədimova, müəllimlərdən Ülviyyə Bayramova məruzə ilə çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə yenidən hakimiyyətə qayıtması ilə xalqımızın çoxəsrlik tarixinə yazılan yeni bir səhifədir.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025