“Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda dəyirmi masa keçirilib

28/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Jurnalistika və Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə baş tutub. Qonaqları salamlayan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu milli mənəvi dəyərlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli dəyərlərini yaşatmalı və gənc nəsillərə ötürməlidir: “Cənab Prezident İlham Əliyevin Bibiheybət Ziyarətgah Kompleksinin yenidən istifadəyə verilmə mərasimindəki etdiyi çıxışda da bildirdiyi kimi, biz milli-mənəvi dəyərlər, zəngin mədəni və tarixi irsimiz əsasında müasir ölkə yaradırıq və bu istiqamətdə artıq böyük uğurlara nail olmuşuq. Bu səbəbdən də ən öndə olan məsələlərdən biri maariflənmək, ümumbəşəri dəyərləri qorumaq, milli kimliyimizi unutmamaqdır”.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şamilov xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin müqəddəs borcu olduğunu xatırladıb: “Azərbaycan milli-mənəvi dəyərləri ilə beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır, müstəqil dövlətimizin dünyaya hərtərəfli inteqrasiyası gündən-günə sürətlənir. Bu prosesdə Azərbaycanın mənəvi dəyərlərinin qorunması və təbliği önəmli bir fəaliyyət olaraq aktuallığını artırır”.

Tədbir tələbələrin çoxsaylı sualları ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026