Mirşahin Ağayev BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

30/11/2023

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə “Təhlildə subyektiv və obyektiv mülahizələrin yanaşı işlənməsi” mövzusunda ustad dərsi deyib.

Ustad dərsində çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli fakültənin məzunu olan Mirşahin Ağayevin bu gün Azərbaycan mediasında öz sözünü deməyə qadir və peşəkar bir jurnalist olduğunu, fakültənin daim belə məzunları ilə qürur duyduğunu qeyd edib.

Mirşahin Ağayev xəbərlərin təhlili zamanı obyektiv və subyektiv yanaşmaların nəzərə alınmasının vacibliyini qeyd edib, dövlət, vətəndaş və milli maraqların birlikdə təmsilinin jurnalist fəaliyyətində əsas faktorlar olduğunu deyib. Bildirib ki, müasir Azərbaycan teleməkanında əsas ehtiyac duyulan düzgün proqnozların verilməsidir. Bu isə təbii ki, keçmişin və bu günün nəticələrinin sintezli təhlilini ortaya qoyur. Təhlili aparmaq və ictimaiyyəti yanlış yönləndirməyəcək şəkildə təqdim etmək isə dəqiqliyin, qərəzsizliyin və operativliyin göstəricisidir. Bununla yanaşı, günümüzdə əsas xəbər mənbəyinə çevrilmiş sosial şəbəkə vasitələri həyatımızda müsbət və mənfi tendensiyalar doğurmaqdadır. Bu isə informasiya kirliliyinə və manipulyasiyaya səbəb olur. Jurnalistlərin əsas vəzifəsi burada balanslaşdırılmış şəkildə gerçək faktları ortaya qoymaq, həqiqəti tam reallığı ilə təqdim etməkdir.

Tanınmış jurnalist BDU-nun Jurnalistika fakültəsinin mediamızdakı önəmindən də söz açaraq, praktik bacarıqların nəzəri biliklər üzərində möhkəmlənməsinin zəruriliyini diqqətə çatdırıb, tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Mirşahin Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026