“Məişət zorakılığının qarşısının alınması” mövzusunda tədbir keçirilib

09/12/2013

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin birgə təşkilatçılığı  “Məişət zorakılığının qarşısının alınması” mövzusunda görüş keçirilib.  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin hüquqşünasları- Fidan Rüstəmova,  Nərgiz Müslümzadə, “Azərbaycan qadınları Ön Qafqazda Sülh və demokratiya Uğrunda” Cəmiyyətinin psixoloqu Azad İsazadənin  çıxış etdikləri tədbirdə tələbələrə məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilib, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Tədbirdə müvafiq videoçarxlar nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 09 dekabr 2013-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026