Əməkdaşlıq məsələləri müzakirə olunub

15/04/2010

Aprelin 15-də Quzey Kıbrıs Türk Cümhuriyyəti Doğu Akdəniz Universitetinin rektoru, prof.Dr Abdullah Öztürkün başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti haqqında ətraflı məlumat verib. 18 min tələbəsi olan universitetdə, eyni zamanda 1500 nəfər xarici tələbənin təhsil alması qonaqlar tərəfindən maraqla qarşılanıb. 6 aydır rektor seçildiyini deyən prof.Dr Abdullah Öztürk rəhbərlik etdiyi universitetin 1979-cu ildən fəaliyyət göstərdiyini, əsasən mühəndis ixtisası üzrə kadr hazırlandığını bildirib. Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri, o cümlədən turizm, dil-ədəbiyyat və digər sahələrdə ortaq məsələlər müzakirə olunub. Qərara alınıb ki, aprelin 29-da BDU və Qafqaz Universitetlərinin birgə təşkilatçılığı ilə keçiriləcək «Hüquq elminin aktual problemləri» konfransında Doğu Akdəniz Universiteti də təmsil olunsun.

Akademik Abel Məhərrəmov universitetin medalını, 90 illik yubileyi münasibətilə işıq üzü görmüş bukleti A.Öztürkə, qonaq isə öz növbəsində Doğu Akdənizin bukletini, qələm dəstini və əl işləri olan hədiyyəni rektora təqdim edib.

BDU ilə tanışlıq nümayəndə heyətində böyük maraq doğurub.

Sonda rektor Abdullah Öztürk həmkarı akademik Abel Məhərrəmovu Kıbrısa dəvət edib.

Görüşdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Böyükelçisi Zəki Qazioğlu, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Elxan Hüseynov və digər şəxslər iştirak ediblər.

 

Mətbuat xidməti

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026