Əməkdar elm xadimi Qəzənfər Paşayev BDU-da ustad dərsi keçib

17/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev mövzu ilə bağlı məruzə edib.

Professor Qəzənfər Paşayev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı həyata keçirdiyi tədbirləri tarixi xronologiya əsasında elmi-nəzəri baxımdan şərh edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən milli mədəniyyətimiz, adət-ənənələrimiz, ədəbiyyatımız, ana dilimizin hamisi kimi bu sahələrin inkişafına əvəzsiz töhfələr verib. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ədəbiyyata, mədəniyyətə türk xalqlarının birliyini şərtləndirən ən mühüm amil kimi yanaşıb.

Məruzədə Ümummilli Liderin azərbaycançılıq ideologiyasının formalaşmasındakı aparıcı rolu, türk xalqlarının ortaq dəyəri olan folklor nümunələrinin, eposlarımızın təbliğindəki xidmətləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçıların yubileylərinin keçirilməsi, onların ədəbi-bədii irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər tarixi faktlar əsasında dinləyicilərin nəzərinə çatıdırılıb. Qəzənfər Paşayev Ulu Öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsindəki tarixi xidmətlərindən də bəhs edib: “Keçən əsrin 70-ci illərindən bu günə kimi inkişafımızı iki mərhələyə ayırmaq olar: Heydər Əliyev epoxası; İlham Əliyev epoxası. Qürurvericidir ki, həmin epoxanın ən şanlı səhifələri bu gün bütün sahələrdə, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində də yazılır. Həm də bu səhifələrin ən parlaq nümunələri azad Qarabağımzda, türk dünyasının mədəniyyət paytaxtı Şuşada yazılır”.
Professor Qəzənfər Paşayevin mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026