Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri BDU tələbələri ilə görüşüblər

07/06/2018

Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin IV kurs tələbələri ilə görüşüblər. Görüşdə Komitənin İnsan resurslarının idarə edilməsi və Dövlət qulluğu şöbəsinin müdiri Nuranə Nəzərova, şöbənin müdir müavini Hüsaməddin Əlizadə və  məsləhətçisi Şəmistan Şəmistanzadə tələbələrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin idarələri və şöbələri haqqında məlumat verib, işə qəbulla bağlı prosedur qaydalardan danışıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2018-ci il

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026